Naci Şensoy: "Qarabağ" daha müasir futbol oynayır"

Naci Şensoy: "Qarabağ" daha müasir futbol oynayır"
XƏBƏR 25 Fevral 2011 / 16:35 2697
-  A +

"Premyer Liqada çıxış edən digər iddialı klublar sırf Azərbaycan futbolu nümayiş etdirir. Lakin "Qarabağ" isə daha müasir futbol oynayır. Onlar matçın taleyini ilk 20 dəqiqədə həll etdilər. Lakin ikinci hissədə komandamın oyunu düzəlsə də, bu yetərli olmadı. Qurban müəllimi bu qələbə münasibəti ilə təbrik edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la oyundan sonra "Turan" klubunun baş məşçqisi Naci Şensoy deyib.

Qeyd edək ki, Premyer Liqanın təsnifat mərhələsinin son turunda "Turan" səfərdə "Qarabağ"a 1:5 hesabı ilə məğlub olub. 


Son xəbərlər