"Şuşa" "Neftçi"yə məğlub oldu

"Şuşa" "Neftçi"yə məğlub oldu
XƏBƏR 25 Fevral 2011 / 15:34 1720
-  A +

Futbol üzrə Azərbaycan I Divizionunda 16-cı turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, "Şuşa" klubunun qonağı olan "Neftçi" İSM bu görüşdə əzmkar qələbə qazanıb - 2:1. 

İlk hissədə rəqibi qarşısında məğlub vəziyyətə düşən "Neftçi" İSM, ikinci hissədə Fuad Əliyevin dublu sayəsində (58; 72) oyunda dönüş yarada bilib. "Şuşa" klubunun yeganə qolunu isə 35-ci dəqiqədə Kamran Məmmədov vurub.

Qeyd edək ki, bu gün I Divizionda daha 3 görüş keçiriləcək.


Son xəbərlər