"Fənərbaxça"nın hədəfində daha bir ulduz

"Fənərbaxça"nın hədəfində daha bir ulduz
XƏBƏR 25 Fevral 2011 / 14:58 2371
-  A +

Türkiyənin "Fənərbaxça" klubu daha bir ulduz futbolçunu heyətinə qatmağı planlaşdırır. Qol.Az-ın məlumatına görə, İstanbul təmsilçisi bu dəfə La Liqada forma geyən "Herkules"in futbolçusu David Trezeqe ilə yaxından maraqlanır.

İspaniya mətbuatı da "Fənərbaxça"nın mövsümün sonunda Trezeqe ilə anlaşacağı haqda xəbərlər yayıb. Mövsümün sonunda Quiza və Semihi satmağı düşünən "Fənərbaxça" rəhbərliyi də Trezeqeni transfer etməklə hücum mövqeyindəki boşluğu doldurmağı planlaşdırır.

Qeyd edək ki, mövsümün əvvəlində "Yuventus"dan "Herkules"ə transfer olunan Trezeqe meydana çıxdığı 20 oyunda 10 dəfə fərqlənib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner