Rəşad Sadıqov «Qarabağ»dan ayrı düşdü

XƏBƏR 25 Fevral 2011 / 14:07 2891
-  A +

Unibank Premyer Liqasının bu gün «Turan»a qarşı keçirilən oyunu ərəfəsində «Qarabağ» itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın lider futbolçularından olan Rəşad Sadıqovun adı oyunun iştirakçıları sırasına salınmayıb.

Buna səbəb futbolçunun boyununda yaranan ağrılardır.

Bununla belə, Sadıqovun ağrıları şiddətli deyil və o, növbəti matçlarda komandasına kömək edə biləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner