Mahir Şükürov Türkmənistanda uğur qazana bilmədi

XƏBƏR 25 Fevral 2011 / 12:44 1715
-  A +

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Rusiyanın “Anji” klubunun gənclər komandasının heyətində Türkmənistanın paytaxtı Aşqabadda Prezident Kuboku uğrunda XVII Beynəlxalq Turnirdə iştirak edib. Qol.Az-ın məlumatına gərə, yarış "Anji" üçün uğursuz olub. Mahaçqala təmsilçisi qrupda son oyunda Türkmənistanın “Altın Asır” klubuna 0:2 hesabı ilə uduzub. Bununla da 3 oyunda cəmi 1 xal toplayan “Anji” qrupda sonuncu yeri tutaraq, yarımfinala çıxa bilməyib. Hər üç görüşdə iştirak edən Mahir ilk dəfə 90 dəqiqə oynayıb.

 


Son xəbərlər