Azərbaycan yığması Fransaya da qalib gəldi (YENİLƏNİB)

Azərbaycan yığması Fransaya da qalib gəldi (YENİLƏNİB)
XƏBƏR 25 Fevral 2011 / 22:23 2625
-  A +

Bakı İdman Sarayında keçirilən futzal üzrə 2012-ci il Avropa çempionatının əsas seçmə mərhələsinin A qrupunda ikinci turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ilk turda Qazaxıstanı 6:3 hesabı ilə məğlub edən yığmamız bu gün Fransa millisi ilə qarşılaşıb.

Görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində millimiz xallarını 6-ya çatdırsa da, qrup liderliyini yenə ələ ala bilməyib. Buna turun digər matçında İspaniya yığmasının Qazaxıstanı daha böyük fərqlə məğlub etməsi səbəb olub - 5:0. Son Avropa çempionları ilk turda Fransanın qapısından 4 cavabsız top keçirib. Yığmamız isə Fransadan öncə Qazaxıstanı 6:3 hesabı ilə yenib.

25 fevral

21:00. Azərbaycan - Fransa - 4:2
Qollar: 
Biro Jade (1:0). Serjao (2:0). Stefan Basson (2:1). Biro Jade (3:1), Borisov (4:1), Mustafa Otmani (4:2) 

18:30. Qazaxıstan - İspaniya - 0:5
Qollar:
Polo (0:1), Xose Ruis (0:2), Rafa Usin (0:3), Alemao (0:4), Alemao (0:5) 

Komandalar O Q H M T X
1. İspaniya 2 2 0 0 9-0 6
2. Azərbaycan 2 2 0 0 10-5 6
3. Fransa 2 0 0 2 2-8 0
4. Qazaxıstan 2 0 0 2 3-11 0

3-cü turun görüşləri fevralın 27-də keçiriləcək:

18:30. Fransa - Qazaxıstan
21:00. İspaniya - Azərbaycan

Son xəbərlər