"Azərbaycan millisi güclü rəqibdir"

"Azərbaycan millisi güclü rəqibdir"
XƏBƏR 25 Fevral 2011 / 00:43 1916
-  A +

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda Azərbaycan millisi ilə oyundan sonra Qazaxıstan yığmasının baş məşqçisi Amirzan Mukanov fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Mukanov komandamızın standart vəziyyətlər sayəsində qələbə qazandığını açıqlayıb. 

O deyib: "Azərbaycan millisi güclü rəqibdir. Standart vəziyyətlərin, xüsusilə də künc zərbələrinin yerinə yetirilməsi üsulları üzərində yaxşı çalışıblar. Qolları da bu imkanlardan istifadə edib vurdular".

Qeyd edək ki, görüş millimizin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər