Joze Alesio da Silva: "Qol buraxmağımız yaxşı olmadı"

Joze Alesio da Silva: "Qol buraxmağımız yaxşı olmadı"
XƏBƏR 25 Fevral 2011 / 00:37 2181
-  A +

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda Qazaxıstanla keçirdikləri oyundan sonra fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, braziliyalı mütəxəssis mətbuat konfransında 6:3 hesablı qələbəni şərh edib. 

"Vaxtilə Qazaxıstanda işlədiyimdən rəqibin güclü olduğunu bilirdim. Komanda gənc futzalçılardan qurulub. Doğma meydanda oynadığımızdan, üstünlük bizim tərəfimizdə idi. Qol buraxmağımız yaxşı olmadı. İspaniya yığması ilə oyunda bu amil əleyhimizə işləyə bilər" deyə baş məşqçi bildirib.

Son xəbərlər