Birinə hədəf, birinə şərəf

Birinə hədəf, birinə şərəf
XƏBƏR 24 Fevral 2011 / 22:51 2147
-  A +

"Oyuna nəzarət edən tərəf biz idik. Fransa yığmasından üstün oynadıq". Qol.Az-ın məlumatına görə, bunu İspaniya millisinin baş məşqçisi Joze Venansio Lopes Fransa ilə görüşdən sonra deyib.

O, komandasının indiyədək nail olduğu yüksək nəticələrə baxmayaraq, Bakıya mərhələ adlamaq üçün gəldiklərini bildirib.

Fransa millisinin baş məşqçisi Pyer Jak isə İspaniya kimi dünyanın ən güclü yığmalarından biri ilə görüşməyi özləri üçün şərəf sayıb: "Futbolda sözümüzü desək də, futzalda ilk addımlarımızı atırıq. Düşünürəm ki, qrupun favoritləri İspaniya və Azərbaycan milli komandalarıdır".

Qeyd edək ki, İspaniya Fransanı 4:0 hesabı ilə məğlub edib.


Son xəbərlər