Zlatan İbrahimoviç:"Tək günahkar Qvardioladır"

Zlatan İbrahimoviç:"Tək günahkar Qvardioladır"
XƏBƏR 24 Fevral 2011 / 18:29 2728
-  A +

"Milan" klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, İbrahimoviç bu dəfə keçmiş komandası "Barselona"nın baş məşqçisi Pep Qvardiolanın "bostanına daş atıb".

Təcrübəli futbolçu "Barselona"dan ayrılmağının tək səbəbkarı kimi Qvardiolanı günahlandırıb: "İlk günlər hər şey yaxşı idi. Əsasən də "Barselona"da olduğum ilk 6 ayı qeyd edə bilərəm. Lakin sonradan hər dəyişdi. Nəyin baş verdiyini mən də anlamadım. Mənim komandada yalnız bir şəxslə, "filosof" Qvardiola ilə problemim var idi. O, bir məşqçi kimi məni oyunlara hazırlaya bilmirdi. Onun həmkarı Mourinyo isə əksinə mənim üçün əlindən gələni edirdi. Çünki o əsl məşqçidir. Lakin Qvardiola isə mənim üçün heç nə etmədi. Əksinə 70 milyon avro xərclədiyi bir futbolçunu qısa zaman kəsiyində itirdi".

Qeyd edək ki, İbrahimoviç ötən ilin yayında "Barselona"dan "Milan"a transfer olmuşdu.


Son xəbərlər