Həmid Altıntop "Bavariya"dan ayrılacaq

Həmid Altıntop "Bavariya"dan ayrılacaq
XƏBƏR 24 Fevral 2011 / 17:18 2477
-  A +

Türkiyə millisinin və "Bavariya" klubunun aparıcı futbolçusu Həmid Altıntop Münhen təmsilçisindən ayrılacağını bildirib. Qol.Az-ın məlumatına görə, Altıntop "Bavariya" ilə müqaviləsini uzatmayacağı haqda yayılan xəbərləri təsdiqləyib.

Futbolçu bu haqda belə deyib: "Bavariya"da çox gözəl günlər keçirmişəm. Lakin artıq burada qalacağıma inanmıram. Əgər bu gün qərar verməli olsam, "Bavariya"dan ayrılardım. Ümid edirəm ki, verəcəyim qərarda yanılmayacam".

"Bavariya"nın heyətində Bundesliqada 31, Avropada isə 25 oyuna çıxan Altıntopla daha öncə "Şalke 04" klubunun maraqlandığı söylənilir. Lakin bununla yanaşı Altıntopun adının tez-tez "Fənərbaxça" və "Qalatasaray" klubları ilə çəkildiyi bildirilir.

Qeyd edək ki, Altıntop 2007-ci ildən "Bavariya"nın formasını geyir.


Son xəbərlər