Türkiyə millisinin futbolçusu Avropa nəhənglərinin hədəfində

Türkiyə millisinin futbolçusu Avropa nəhənglərinin hədəfində
XƏBƏR 24 Fevral 2011 / 14:36 2603
-  A +

Türkiyə millisinin və "Fənərbaxça" klubunun təcrübəli müdafiəçisi Gökhan Gönül Avropanın bir neçə nəhəng klubunun hədəfinə düşüb. Qol.Az-ın məlumatına görə, Gökhanla "Barselona" ilə yanaşı, Almaniyanın "Bavariya" və İtaliyanın "Milan" klubları da yaxından maraqlanır.

İspaniya mətbuatı da Gökhanın "Barselona"ya keçidinin asan başa gəlməyəcəyini yazıb: "Gökhan çox təcrübəli futbolçudur. Onunla ilk əvvəl "Barselona" maraqlandı. Lakin daha sonra buna "Bavariya" və "Milan" kimi klubları da qoşuldu. Bu isə "Barselona"nın işini daha da çətinə salacaq. Lakin 26 yaşlı futbolçunun mövsümün sonunda "Fənərbaxça"dan ayrılaraq bu 3 klubdan birinə transfer olacağı dəqiqdir".

Qeyd edək ki, Gökhan 2007-ci ildən "Fənərbaxça"nın şərəfini qoruyur.

 

 

 

 

 


 


Son xəbərlər