Vəli Qasımov: "Çatışmazlıqlar üzərində çalışacağıq"

Vəli Qasımov: "Çatışmazlıqlar üzərində çalışacağıq"
XƏBƏR 24 Fevral 2011 / 00:12 2435
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov Norveçin "Lillestrom" klubunun əvəzedici komandası ilə keçirdikləri yoldaşlıq oyunundan sonra fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Qasımov affa.az saytına açıqlamasında komandamızın oyunundan razı qaldığını söyləyib.

Baxmayaraq ki, millimiz 2:3 hesabı ilə uduzub. Baş məşqçinin fikrincə, "Lillestrom" futbolçularımızın səhvlərindən məharətlə yararlanıb: "Baxımlı oyun oldu. Topa nəzarət edən tərəf biz idik. Ümumiyyətlə, bu təlim-məşq toplanışının bizim üçün çox faydalı olduğunu düşünürəm. Komandada çatışmayan cəhətləri müəyyənləşdirə bildik. Avropa çempionatının seçmə mərhələsinə qədər vaxtımız var; çatışmazlıqların üzərində çalışacağıq".

Son xəbərlər