"İnter" turnirin qalibi oldu

"İnter" turnirin qalibi oldu
XƏBƏR 23 Fevral 2011 / 17:46 1955
-  A +

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən olan mərhum Anatoli Banişevskinin 65 illik yubileyinə həsr olunmuş ənənəvi xatirə turnirinə bu gün yekun vurulub. Qol.Az-ın məlumatına görə, AFFA ilə Bakı və Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin finalında "İnter" və "Binəqədi" komandaları qarşılaşıb.

Rəqibini 1:0 hesabı ilə məğlub edən "İnter" turnirin qalibi adını qazanıb. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə diplom, xatirə medalları və kubok  təqdim olunub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner