"Barselona" klubunun aparıcı yarımmüdafiəçisi Xavi Hernandez təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Qol.Az-ın məlumatına görə, La Liqanın son turunda "Atletik" (Bilbau) klubu ilə oyunda zədədlənməsinə baxmayaraq 90 dəqiqə meydanda olan Xavinin baldırında ciddi problemin olduğu ortaya çıxıb.
Həkimlərin sözlərinə görə, futbolçunun müalicəsi ən azı 10 gün çəkəcək. Belə olan təqdirdə isə Xavi "Malyorka" və "Valensiya" ilə oyunları buraxmalı olacaq. Lakin futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Arsenal"la oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, "Malyorka"ya qarşı oyunda Xavi ilə yanaşı zədəli olan qapıçı Viktor Valdes, Karles Puyol və kart cəzalısı Daniel Alveş də iştirak etməyəcək.
"Turan Tovuz"da ayrılıq
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır