Jaba: "Döyüşüb qələbə qazanmalıyıq"

Jaba: "Döyüşüb qələbə qazanmalıyıq"
XƏBƏR 23 Fevral 2011 / 00:37 2052
-  A +

"Bakı"nın futbolçusu Jaba klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, braziliyalı hücumçu əsas komandaya qayıdışı, “Turan”la oyun, vurduğu qələbə qolu, AZAL-la həlledici qarşılaşma barədə danışıb: 

- Əsas komandaya qayıdışın haqda nə deyə bilərsən? Əvəzedici komandada formanı itirməmisən?

- Əvəzedici komandada olanda məşqçilər formamın itməməsi üçün mənə və Leoya (Roşanı nəzərdə tutur) ayrıca güclü məşq keçirdilər. Buna baxmayaraq, idman formamı qoruya bilmədim. İndi əsas komandadayam və yenidən əvvəlki gücümü bərpa edirəm. İnaniram ki, oyundan-oyuna daha yaxşı çıxış etdiyimi görəcəksiniz.

- Qayıdışını qolla qeyd etdin...

- Qolu mən vursam da, qələbə bütün heyətin birgə mübarizəsi nəticəsində qazanıldı. Ümümiyyətlə, digər oyunlarda da vurduğum qollara görə yox, komandamızın qələbə qazanması üçün sevinirəm. İnanıram ki, baş məqçimizin güclü məşqləri ilə daha yaxşı oynayıb, qələbələrimizi davam etdirəcəyik. 

- Növbədə AZAL-la oyundur. Bu oyun haqda nə fikirləşirsən?

- AZAL-la oyun çətin olacaq. Ancaq əminəm ki, bu oyunda qələbə bizim olacaq. "Qəbələ"nin xal itirməsindən sonra şansımız daha da artdı. İndi hər şey öz əlimizdədir.
Bu oyunda meydanda döyüşüb qələbə qazanmalıyıq. Bizim əsas məqsədimiz "altılığ"a düşməkdir. Bunu üçün AZAL-la oyunda heç-heçə də kifayət edir. Bu şansi əldən verməyəcəyik.

- AZAL-la oyunda səndən qol gözləyək?

- Oyunun necə keçəcəyini əvvəldən bilmək olmaz. Əgər şans yaranarsa, qol da vuracağam.

- “Bakı”nın azarkeşlərinə nə sözün var?

- Azarkeşlərdən oyunlarımıza gəlmələrini istəyirəm. Əlbəttə, onları hər oyun tribunalarda görəndə sanki bizim də gücümüz artır. Biz onları "12-ci oyunçu" sayırıq. Bu oyunda da azarkeşlərimizin komandamızı dəstəkləməsini arzu edirəm. Biz bir olub, "altılığ"a vəsiqə qazanacağıq və medallar uğrunda mübarizə aparacağıq.

Son xəbərlər