İngiltərənin "Mançester Yunayted" klubu sabah Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa "Marsel"i ilə qarşılaşma öncəsi ağır itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, "qırmızı şeytanlar"ın əsas müdafiəçisi Rio Ferdinand sabah "Marsel"lə oyunu buraxmalı olacaq.
Ferdinandın "Vulverhempton"la oyunda ayağından zədələnərək sıradan çıxdığı bildirilir. Bununla yanaşı, "Mançester Yunayted"in daha 4 futbolçusu sabahkı oyunda meydana çıxa bilməyəcək. Bunlar zədəli olan Rayan Qiqqs, Maykl Ouen, Anderson və Conni Evansdır.
Qeyd edək ki, "Marsel" - "Mançester Yunayted" oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
"Turan Tovuz"da ayrılıq
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır