Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevski...
23 fevral 2011-ci il tarixində yaşasaydı Anatoli Banişevskinin 65 yaşı tamam olacaqdı... Ancaq o indi aramızda yoxdur! Yaşasaydı, müstəqil Azərbaycan futbolunun inkişafına xidmət edərdi. Yeni-yeni Banişevskilər yetişdirərdi. Ancaq olmadı, 51 yaşında dünyaya əbədi gözlərini yumdu. "Neftçi" rəhbərliyinin diqqəti və qayğısı ilə əhatə olunan Anatoli Banişevski ölümündən bir il əvvəl, ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə o, "Şöhrət ordeni" ilə təltif olunmaqla layiq olduğu qiyməti aldı.
Bu görkəmli futbolçunun adı Bakının "Neftçi" komandasının şanlı tarixinə qızıl hərflərlə yazılıb. Onun ömür taleyi çox ziddiyyətli olub. O, həyat yolunda çox cəfalar çəkib. Banişevski futbol zirvəsinin ən yüksək nöqtəsinə çatanda da, sadə bakılı azarkeşlər üçün o, "Banış" idi.
Uşaq yaşlarında onun futbola olan hədsiz sevgisi böyük qardaşının onu "Lokomotiv" cəmiyyətinin idman məktəbinə aparması ilə nəticələnir. Balaca Anatoli futbolun ilk sirlərini bu cəmiyyətdə öyrənməyə başlayır. O, burada öz oyunu ilə hamıdan fərqlənirdi. Banişevskinin böyük futbolla ilk tanışlığı 1962-ci ildə olur. Ölkə birinciliyinin final oyunları keçirilirdi. "Lokomotiv"in növbəti oyunundan sonra bir nəfər paltardəyişmə otağında Anatoliyə yaxınlaşaraq deyib:"Siz mənə lazımsınız. "Neftçi"də oynayacaqsınız". Bu şəxs SSRİ-nin tanınmış futbol mütəxəssisi, o vaxt "Neftçi"nin baş məşqçisi olan Boris Arkadyev idi.
Bununla da Anatoli Banişevskinin "Neftçi"dəki karyerasına start verildi. Cəmi 15 yaşı olan yeniyetmə tezliklə öz adından söz etdirdi. Flaqmanın əvəzedici heyətində onun nümayiş etdirdiyi futbol əsas komandanın məşqçilərinin diqqətini cəlb etdi. SSRİ-nin yeniyetmələrindən ibarət komandasına cəlb olunan Banişevski, debüt oyununda Braziliya ilə görüşdə meydana çıxdı. Bu hadisədən sonra Banişevski daim yığmanın tərkibinə cəlb edilirdi.
Uzun illər doğma "Neftçi" komandamızın əsl lideri olan "Banış" 1974-cü ildə flaqmanın sıralarını tərk etdi. Anatoli futboldan uzaqlaşa bilməyərək, məşqçiliyə başladı. Bir il Sumqayıtda çalışdıqdan sonra o, 1975-ci ildə "Neftçi"yə məşqçi kimi döndü. Həmin dövrdə flaqmanın baş məşqçisi olan Valenti Xlıstov Banişevskidən yenidən yaşıl meydana dönməsini istədi. 1975-ci ilin 2-ci dövrsindən etibarən Anatoli yenidən ən çox sevdiyi "Neftçi"də çıxış etməyə başladı. 1978-ci ildə o, karyerasını birdəfəlik bitirdi.
Bir müddət məşqçi kimi çalışan Anatoli 1987-ci ildə Afrika qitəsinə Burkina-Fasoya yollandı. O, burada ölkənin gənclərdən ibarət komandasının baş məşqçisi oldu. Lakin ölkədəki hərbi çevriliş sonradan Banişevsikinin həyatında dərin iz buraxdı. Burkina-Fasoda hadisələrin mərkəzinə düşən bakılı, bərk həyəcan keçirdiyindən şəkər xəstəliyinə tutulur. Bundan sonra yataq xəstəsinə çevrilən dahi "Banış" böyük futboldan ayrı düşür. Getdikdə xəstəliyi şiddətlənən Banişevski 1997-ci il dekabrın 10-da əbədi olaraq dünyaya gözlərini yumaraq Fəxri Xiyabanda dəfn olunur.
Banişevski müsahibələrinin birində demişdir:"Əgər mən yenidən seçməli olsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi"ni seçərdim".
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi