Hiddink «Çelsi»də mövsümün sonunadək qalacaq

XƏBƏR 20 Fevral 2009 / 14:47 2425
-  A +

Dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yarışan Rusiya milli komandasının baş məşqçisi Qus Hiddinkin yalnız mayadək «Çelsi»də qalacaq. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl «Çelsi»də də baş məşqçi vəzifəsinə gətirilən Hiddink London klubunu yalnız bu mövsümün sonunadək çalışdıracaq. Bu barədə hollandiyalı mütəxəssis deyib: «Mənim Rusiya Futbol İttifaqı qarşısında öhdəliklərim var. Hansı ki, onları sonadək yerinə yetirməliyəm. Buna görə də «Çelsi»dəki fəaliyyətimi mövsümün sonunda başa vuracağam».

 


Son xəbərlər