AFFA daha bir nəfəri hakimlikdən kənarlaşdırdı

XƏBƏR 22 Fevral 2011 / 11:38 2048
-  A +

AFFA-nın Hakimlər Komitəsi daha bir hakimin cəzalandırılması haqsa sərt qərar qəbul edib. Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı məlumata görə, U-13, U-14, «Kapital Bank U-15», «Azercell U-17» liqalarına, Həvəskarlar Liqasının və əvəzedici heyətlərin oyunlarına referi və ehtiyat hakim kimi təyinat alan I dərəcəli hakim Rəhimov İsmayıl Akif oğlu davranış qaydalarını pozduğuna və həmkarlarına qarşı qeyri-etik hərəkətlərinə görə Hakimlər Komitəsinin Nizam-İntizam Kodeksinə əsasən, AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda hakimlikdən kənarlaşdırılb.


Son xəbərlər