Vəli Qasımov: "İstədiyimizə nail olduq"

Vəli Qasımov: "İstədiyimizə nail olduq"
XƏBƏR 22 Fevral 2011 / 01:34 2083
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov Almaniyanın TSV "Münxen 1860" klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunundan sonra fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Qasımov affa.az saytına açıqlamasında oyundan razı qaldığını söyləyib.

Gənc mütəxəssis deyib: "Yaş etibarilə bizdən böyük komanda ilə qarşılaşdıq. Rəqibimizin çox güclü komanda olduğunu demək mümkün olmasa da, oyun ərzində istədiyimizə nail olduq. Əsas məqsədimiz müdafiəni düzgün qurmaq idi. Futbolçular bunun öhdəsindən təxminən 80 faiz gəldilər. Verilən tapşırıqları yerinə yetirməyi bacardılar. Topa nəzarət edən tərəf biz olduq. Rəqib oyunun gedişində 15 dəqiqə pressinq tətbiq etmək istəsə də, buna nail ola bilmədi".

Qeyd edək ki, yığmamız 4:0 hesablı qələbə qazanıb.


Son xəbərlər