UEFA-dan Qattuzoya ağır cəza

UEFA-dan Qattuzoya ağır cəza
XƏBƏR 22 Fevral 2011 / 01:05 2045
-  A +

UEFA Nizam-İntizam Komitəsi İtaliyanın "Milan" klubunun futbolçusu Cennaro Qattuzonu 4 oyunluq cəzalandırıb. Qol.Az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında İngiltərə "Tottenhem"inin məşqçisi Co Cordana iki dəfə hücum edib. 

Əvvəlcə matçın gedişində Cordanın boğazından tutaraq itələyən Qattuzo qarşılaşmanın ardından məşqçini yenidən "məhşər ayağına çəkib". Nəticədə iki komanda arasında toqquşma baş verib. Görüş isə "Tottenhem"in qələbəsi ilə nəticələnib - 1:0.

Qeyd edək ki, Cennaro Qattuzo 4 yox, 5 oyunu buraxmalı olacaq. Çünki cavab matçında o, sarı vərəqə limitini aşdığından, meydançaya çıxmayacaq. Nizam-İntizam Komitəsinin kəsdiyi cəza isə "Milan" mərhələ adlayacağı halda 1/4 finaldan tətbiq olunacaq. Bu isə o deməkdir ki, Qattuzo oynamaqdan ötrü komandasının finala çıxması üçün dua etməlidir. Futbolçu qərardan fevralın 24-dək apellyasiya verə bilər.    

Son xəbərlər