Cəmşid Məhərrəmov: "Bakı"nı hesabdan silənlər tələsməsinlər"

XƏBƏR 21 Fevral 2011 / 21:52 1849
-  A +

“Ötən həftə “Turan”la oyunda olduqca vacib qələbə qazandıq. Tovuza elə üç xal üçün getmişdik. “Muğan”nın “Qəbələ”ni məğlub etməsi də işimizə yaradı. İndi hər şey öz əlimizdədir. İlk altılığa vəsiqə uğrunda son oyunda var qüvvəmizi meydanda qoyub qələbə qazanmalıyıq". Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın kapitanı Cəmşid Məhərrəmov klubun rəsmi saytına bildirib.

Tovuzda qazanılan vacib qələbə və Unibank Premyer Liqasının XXII turu çərçivəsində keçirilcək “AZAL” -“Bakı” oyunu barədə fikirlərini bölüşən futbolçu bunları söyləyib: "Çoxları bizi bu mövsüm hesabdan silmişdi. Amma tələsməsinlər. İlk altılığa vəsiqə qazanıb, öz sözümüzü deyəcəyik. Liderlə aramızda böyük xal fərqi olsa da, Avrokuboklara vəsiqə qazanacağımıza inanıram”.


Son xəbərlər