Klaudio Ranyeri ilə yollarını ayıran "Roma" klubu artıq yeni baş məşqçisinin adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, bu "Roma"ın sabiq oyunçusu Vinçenzo Montelladır.
İtaliya A seriyasının sonuncu turunda "Genua"ya məğlubiyyətdən sonra Ranyeri istefa verdiyini bildirmişdi. Ranyerinin bu qərarından sonra isə "Roma" rəhbərliyi Montellanı mövsümün sonuna qədər komandanın baş məqçisi təyin etdiyini açıqlayıb.
Bununla belə "Roma" klubunun mövsümün sonunda "Çelsi"nin baş məşqçisi Karlo Ançelottini komandaya gətirəcəyi üçün Montella ilə qısa müddətli bir müqavilə imzaladığı bildirilir. Təxminən 10 il "Roma"da çıxış edən Montella 2009-cu ildə futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.
Qeyd edək ki, "Roma"nın heyətində 267 oyuna çıxan Montella 118 dəfə rəqib qapılarına yol tapıb.
"Turan Tovuz"da ayrılıq
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır
“Qarabağ”ın qapıçısı Almaniyadan təklif alıb