Hristu Kiaku "Xəzər Lənkəran"da 60-cı oldu

Hristu Kiaku "Xəzər Lənkəran"da 60-cı oldu
XƏBƏR 21 Fevral 2011 / 17:04 2204
-  A +

Azərbaycan Premyer Liqasının 21-ci turunun AZAL-la oyununda rəqib qapısına qol vuran hər iki futbolçu “Xəzər Lənkəran”dakı karyeralarında ilk dəfə buna nail olublar. Qol.Az-ın məlumatına görə, həm Elnur Abdullayev, həm də Hristu Kiaku komandanın heyətində keçirdiyi 2-ci oyununda qol hesabını açıb.

Bu matçadək 58 oyunçu “Xəzər Lənkəran”ın formasında rəqib qapısına yol tapmışdı. Nisbətən tez fərqlənən Elnur bu siyahıda 59-cu oldusa, rumıniyalı legioner komandanın tarixinə 60-cı qolçu kimi düşüb.

Lakin “Xəzər Lənkəran”ın 60 futbolçusundan başqa daha 4 oyunçu komandanın azarkeşlərinə qol sevinci bəxş edib. Bunlar avtoqol müəllifi olan rəqib komandalardır.
 
Qeyd edək ki, "Xəzər Lənkəran"ın 60 qolçusu arasında ən yaxşı nəticə Zaur Ramazanova məxsusdur. O, “Xəzər Lənkəran” formasında müxtəlif yarışlarda üst-üstə 44 qol vurub.
 


Son xəbərlər