Fabreqas "Arsenal"ı tərk edəcək

Fabreqas "Arsenal"ı tərk edəcək
XƏBƏR 21 Fevral 2011 / 16:43 2306
-  A +

Təxminən il yarımdır "Arsenal"ın yarımmüdafiəçisi Sesk Fabreqasla yaxından maraqlanan "Barselona" bu futbolçunun transferində olduqca israrlıdır. Qol.Az-ın məlumatına görə, "katalon" klubu mövsümün sonunda Fabreqas üçün "Arsenal"a 45 milyon avro təklif etməyi planlaşdırır.

Fabreqası heç cür satmaq istəməyən "Arsenal"ın baş məşqçisi Arsen Vengerin də bu məbləğin qarşısında aciz qalacağı söylənilir. Bununla da, Fabreqasın yenidən öz klubuna qayıtmaq arzusu reallaşmış olacaq.

Qeyd edək ki, Fabreqas 2003-cü ildən "Arsenal"ın şərəfini qoruyur.

Son xəbərlər