"Qarabağ"dan yeni rekord

"Qarabağ"dan yeni rekord
XƏBƏR 21 Fevral 2011 / 15:10 2169
-  A +

Ağdamın "Qarabağ" klubu yeni rekorda imza atıb. Qol.Az-ın maəlumatına görə, "Qarabağ" klubu artıq dalbadal 6 oyunda qələbə qazanmaqla "Neftçi"nin 2-6 turlar arasında əldə etdiyi 5 oyunluq qələbə seriyasını yeniləyib.

Ardıcıl 6 qələbəylə 4-cü sıraya yüksələn komanda eyni zamanda müdafiə xəttindəki uğurlu oyunu ilə də diqqət çəkib. Belə ki, Qurban Qurbanovun komandası bu seriyada qapısından cəmi 1 qol buraxıb.

Ötən ilin dekabrından başlayaraq qarşısına çıxan rəqiblərini məğlub edən "Qarabağ" sadəcə "Xəzər-Lənkəran"la oyunda qol buraxıb. Ağdam təmsilçisi bu seriyada "İnter", "Xəzər-Lənkəran", "Qəbələ" kimi iddialıları məğlub etməyə nail olub.

Qeyd edək ki, "Qarabağ" son 6 turda "İnter"i 1:0, "Muğan"ı 2:0, "Simurq"u 1:0, "Xəzər-Lənkəran"ı 2:1, "Qəbələ"ni 3:0 və nəhayət "Gəncə"ni 1:0 hesabı ilə məğlub edib.


Son xəbərlər