"Xəzər Lənkəran"ın yubiley qolu
Azərbaycan Premyer Liqasının 21-ci turunun AZAL-la oyununda vurulan ilk qol "Xəzər Lənkəran" üçün əlamətdar olub. Qol.Az-ın məlumatına görə, bu komandanın ölkə çempionatlarında yubiley – 300-cü qolu olub. Bu yubiley topunu rəqib qapısından 45+2-ci dəqiqədə Elnur Abdullayev keçirib.
2004/05 mövsümündə çempionatda debüt edən "Xəzər Lənkəran" bu matçadək 299 dəfə fərqlənmişdi. Ötən turun "Neftçi" ilə oyununda yubileyi təxirə salan Mirça Redenikin komandası tarixi qolu doğma azarkeşlərin gözü qarşısında rəqib qapısından keçirib. Futbolçular çempionatdakı yubiley qollarını səfərdə vurmağa adət etsə də, 2-ci dəfə tarixi qol Lənkəranda qeydə alınıb.
Çempionatdakı yubiley qolları
1. 07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1 Çöri İlir, 26
50. 03.05.2005 “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1 Martin Stankov, 36
100. 29.09.2006 “Gənclərbirqliyi” – Xəzər Lənkəran“ – 0:3 İlqar Qurbanov, 8
150. 02.09.2007 ABN – “Xəzər Lənkəran” – 0:4 Zaur Ramazanov, 14-p.
200. 26.09.2008 MOİK - “Xəzər Lənkəran” – 0:4 İvan Svetkov, 34-p.
250. 29.11.2009 “Bakı” - “Xəzər Lənkəran” – 0:3 İvan Svetkov, 57-p.
300. 20.02.2010 “Xəzər Lənkəran” – AZAL – 2:1 Elnur Abdullayev, 45+2