Hacıyev nə Mahir Şükürova şans verdi, nə də Roberto Karlosa

XƏBƏR 21 Fevral 2011 / 12:58 1978
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan  "Anji" klubu dünən növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Danimarkanın "Brondbü" komandası ilə qarşılaşan Mahacqala təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

Millimizin futbolçusu Mahir Şükürov bu oyunda da iştirak etməyib.

Azarkeşlər "Anji"nin yeni supertranferi Roberto Karlosun meydana çıxacağını gözləsə də, baş məşqçi Hacı Hacıyev onun xidmətlərindən istifadə etməyib. Karlos oyunun gedişatı zamanı fərdi proqram üzrə məşq edib.

Son xəbərlər