"Roma"nın baş məşqçisi istefa verdi

"Roma"nın baş məşqçisi istefa verdi
XƏBƏR 21 Fevral 2011 / 01:01 1866
-  A +

İtaliyanın "Roma" klubunun baş məşqçisi Klaudio Ranyeri istefa verib. Qol.Az-ın məlumatına görə, Ranyeri A seriyasının 26-cı turunda "Cenoa"ya 3:4 hesablı məğlubiyyətdən sonra postundan ayrılıb.

Bu oyunda "Roma" 3:0 hesabı ilə öndə olsa da, ikinci yarıda 4 qol buraxıb. Yeni baş məşqçi klub rəhbərliyinin fevralın 21-də keçiriləcək toplantısında müəyyənləşəcək. Əsas namizəd qismində "Roma"nın gənclərdən ibarət komandasının baş məşqçisi Vintsento Montellanın adı çəkilir.  


Son xəbərlər