"Anji" Roberto Karlosu təqdim etdi

"Anji" Roberto Karlosu təqdim etdi
XƏBƏR 20 Fevral 2011 / 13:21 2082
-  A +

Türkiyənin Antalya şəhərindəki Bələk qəsəbəsində Rusiyanın "Anji" klubunun yeni transferi Roberto Karlosun təqdimat mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, braziliyalı müdafiəçi klubla 2,5 illik müqavilə bağladığını xatırladıb.

38 yaşlı oyunçu karyerasını məhz "Anji"də başa vurmaq niyyətini ifadə edib. O, əvvəlki komandalarında olduğu kimi, yenə 3 nömrəli forma ilə çıxış edəcək. Ona həmin formanı baş məşqçi Hacı Hacıyev təqdim edib. 

Təqdimetmədən sonra Roberto Karlos "Anji"yə keçidini şərh edib: "Burada olmaq mənə çox xoşdur. Ümidvaram ki, əvvəllər 6 müxtəlif komandada yığdığım təcrübənin "Anji"yə köməyi olacaq. Rusiya çempionatı kifayət qədər ağır yarışdır. Amma inanıram ki, güclü komanda qura biləcək və bir dəfə Rusiya çempionu ola biləcəyik. Mən artıq "Anji"də oynamaq və çoxlu qol qurmağı çox istəyirəm".       

Son xəbərlər