Vəli Qasımov: "Bu məğlubiyyət bizə dərs olacaq"

Vəli Qasımov: "Bu məğlubiyyət bizə dərs olacaq"
XƏBƏR 19 Fevral 2011 / 21:59 2072
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov yoldaşlıq görüşündə İsveçrənin "Bazel" klubunun əvəzedici komandasına 0:1 hesablı məğlubiyyətlə bitən oyundan narazı qalıb. Qol.Az-ın məlumatına görə, Qasımov affa.az saytına açıqlamasında indiyədək belə zəf oyunun şahidi olmadığını bildirib. 

O, səbəbləri də açıqlayıb: "Birinci hissədə komandaya yeni qoşulan uşaqları sınaqdan keçirdik. İkinci hissədə heyətdə dəyişiklik etdik, lakin oyunda dönüş yarada bilmədik. Bu məğlubiyyət bizə dərs olacaq".

Son xəbərlər