"Xeyli ötürmə səhvlərinə yol verdik"

"Xeyli ötürmə səhvlərinə yol verdik"
XƏBƏR 19 Fevral 2011 / 21:55 1752
-  A +

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt Gürcüstan yığması ilə bu günkü oyundan danışıb. Qol.Az-ın məlumatına görə, Rayt affa.az saytına açıqlamasında yeni yaranmış komanda üçün belə beynəlxalq oyunların keçirilməsini çox yaxşı hal adlandırıb. 

Qarşılaşmanın gedişində xeyli ötürmə səhvlərinə yol verdik. Fiziki cəhətdən də problemlərimiz var. Qısa zaman ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq" deyə yığmamızın baş məşqçisi bildirib.

Qeyd edək ki, oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib.

Son xəbərlər