Bərabər səviyyəli mübarizənin şahidi olduq"

Bərabər səviyyəli mübarizənin şahidi olduq"
XƏBƏR 19 Fevral 2011 / 21:49 1680
-  A +

"Bu gün ilk oyunla müqayisədə daha yaxşı oynadıq. Bərabər səviyyəli mübarizənin şahidi olduq". Qol.Az-ın məlumatına görə, bunu 17 yaşadək qızlardan ibarət Gürcüstan yığma komandasının baş məşqçisi Geronti Naçxediya Azərbaycan millisi ilə oyundan sonra affa.az saytına deyib.

Onun fikrincə, hər iki komanda yeni yarandığı üçün kifayət qədər səhvə yol verir: "Qarşıda görüləcək işlərimiz çoxdur".

Yaradılan şəraitə görə AFFA-ya minnətdarlıq edən Naçxediya tezliklə yığmamızı Gürcüstanda görmək istədiyini bildirib.

Qeyd edək ki, bu, Azərbaycanla Gürcüstanın 17 yaşlı qızlardan ibarət yığmaları arasında ikinci yoxlama matçı olub. İlk görüşdə Gürcüstan qalib gəlib - 1:0. İkinci qarşılaşma isə qolsuz tamamlanıb.

Son xəbərlər