Ramil Əliyev:"Bəzi futbolçuları meydan üzünə həsrət qoyacam"

Ramil Əliyev:"Bəzi futbolçuları meydan üzünə həsrət qoyacam"
XƏBƏR 19 Fevral 2011 / 18:34 2309
-  A +

"İnter səviyyəli komandadır. Onların çempionluğa oynaması hər kəsə bəllidir. Komandam isə 1-ci qola qədər intizamlı oynadı. Daha sonra isə oyun tamamilə "İnter"in üstünlüyü ilə keçdi. Premyer Liqada qalmaq üçün sona qədər mübarizə aparacağıq. Bəzi futbolçular var ki, onları meydan üzünə həsrət qoyacam. Rəqib komandanı isə qələbə münasibəti ilə təbrik edirəm". Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"lə oyundan sonra MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.
 
Qeyd edək ki, Premyer Liqanın 21-ci turunda MOİK öz meydanında "İnter"ə 0:4 hesabı ilə məğlub olmaqla çempionatda qalmaq işini daha da çətinə salıb.

Son xəbərlər