Kaxaber Sxadadze: "İnter"in hücum xəttində problemlər var"

Kaxaber Sxadadze: "İnter"in hücum xəttində problemlər var"
XƏBƏR 19 Fevral 2011 / 18:23 1889
-  A +

"Bu oyuna yaxşı hazırlaşmışdıq. Oyunda 4 qol vurmağımıza baxmayaraq, ələ düşən imkanlardan maksimum istifadə edə bilmədik. Bu isə "İnter"in hücum xəttində problemlərin olduğunu göstərir. Bununla belə, qalib gəldiyimiz üçün çox şadam. Rəqib komanda isə 1-ci dövrəyə nisbətən 2-ci dövrədə daha yaxşı təsir bağışladı. Gənc mütəxəsisə uğurlar arzulayıram". Qol.Az-ın məlumatına görə, bu sözləri MOİK-lə oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Qeyd edək ki, Premyer Liqanın 21-ci turunda "İnter" MOİK-ə 4:0 hesabı ilə qalib gələrək turnir cədvəlinin 3-cü pilləsindəki mövqeyini qoruyub. 


Son xəbərlər