Cokiça Hadziyevski: "Neftçi" bu gün baxımlı oyun göstərdi"

Cokiça Hadziyevski: "Neftçi" bu gün baxımlı oyun göstərdi"
XƏBƏR 19 Fevral 2011 / 17:38 1834
-  A +

"Neftçi" komandası bu gün çox baxımlı oyun göstərdi. Komandamıza qış transfer dövründə yeni oyunçular cəlb etmişik, onların uyğunlaşmaq üçün zamana ehtiyacları var. Bu oyuna yaxşı hazırlaşmışdıq, daha yaxşı nəticələr göstərə bilərik. "Neftçi"yə çempionluq uğrunda mübarizədə uğurlar arzu edirəm". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan sonra "Simurq" klubunun baş məşqçisi Cokiça Hacıyevski deyib.

Qeyd edək ki, Premyer Liqanın 21-ci turunda "Simurq" klubu öz meydanında "Neftçi"yə 0:3 hesabı ilə məğlub olub.


Son xəbərlər