Türkiyə futbolunda tarix yazıldı: Kreditlə qapıçı aldılar

XƏBƏR 19 Fevral 2011 / 13:54 2412
-  A +

“Bucaspor” futbol tarixinə yazılası transferi gerçəkləşdirib. Milli.Az xəbər portalı “Habertürk”ə istinadən xəbər verir ki, klubun baş məşqçisi Samet Aybaba işə başladıqdan sonra qapıçı transfer olunmasını təklif edib.

O, Estoniya futbol millisinin qapıçısı Pavel Londakı “Bucaspor”a gətirmək üçün fəaliyyətə başlayıb. Lakin komandanın maliyyə vəziyyəti transferə imkan verməyib. Bununla belə, baş məşqçi inadından dönməyib və Pavel Londakla danışıqları davam etdirib. Nəhayət, o, arzusuna çatıb: qapıçı kreditlə “Bucaspor”a gəlməyə razılıq verib. O, transfer məbləğini kredit kartı ilə altı aya alacaq.

Qeyd edək ki, bu, Türkiyə futbolunda ilk qeyri-adi transfer deyil. “Güneşspor” klubuna da “Qoldşteyn” cinsli inək qarşılığında qapıçı Arif Peçenek transfer edilmişdi.

Milli.Az


Son xəbərlər