FİFA prezidentliyinə sürpriz namizəd

FİFA prezidentliyinə sürpriz namizəd
XƏBƏR 18 Fevral 2011 / 19:05 2372
-  A +

Amerikalı bir jurnalist Qrant Val FİFA prezidentliyinə keçiriləcək seçkilər üçün öz namizədliyini irəli sürüb. Qol.Az-ın məlumatına görə, Val 2011-ci ilin 1 iyununda keçiriləcək seçkilərə namizədliyini yazdığı bir məqalə ilə bildirib.

Bu seçkilərdə bütün rəqibləri ilə layiqli mübarizə aparacağını bildirən Val bu haqda belə danışıb: "FİFA-nın dəyişikliyə böyük ehtiyacı var. Artıq bir nəfərin 74 yaşındakı Blatteri əvəzləməsi lazımdır. O, artıq prezidentliyə 4-cü dəfə namizədliyini verir. Blatterin əsas rəqibi də elə FİFA-nın üzvü olmuş Muhammed bin Hammamdır. Düşünürəm ki, artıq FİFA-ya kənar bir şəxs rəhbərlik etməlidir".

Qeyd edək ki, Yozef Blatter 1998-ci ildən bəri FİFA-ya rəhbərlik edir.


Son xəbərlər