AZAL klubunun rəhbərliyi son günlərdə idman mətbuatında, xüsusilə də internet portallarında çıxan xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, rəhbərlik mətbuatda "Gəncə" ilə oyundan sonra məşqçi korpusunun tezliklə işindən azad ediləcəyi haqda yayılan xəbərləri təkzib edib.
AZAL eyni zamanda baş məşqçi Nazim Süleymanovun Elxan Abdullayevlə əvəzlənəcəyi xəbərini də inkar edərək bu haqda ümumi bəyanat verib:
AZAL klubu olaraq jurnalistlərin informasiya əldə etmək hüququna hörmət etdiyimizi bildirməklə və bu sahənin xüsusiyyətlərini düzgün qiymətləndirməklə yanaşı bu cür əsassız xəbərlərə reaksiya verməyi də özümüzə borc sayırıq. Hər halda məsul oyunlar ərəfəsində komanda və klub daxilində gərginlik yaratmaq istəyən qüvvələrin məqsədini biz də anlayırıq və sözügedən məsələlərlə bağlı rəsmi mövqeyimizi ortaya qoymağı məqsədəuyğun sayırıq.
Biz bəyan edirik ki, "Gəncə" ilə oyundan sonra məşqçilərin istefasının gündəmə gəlməsi ilə bağlı klub daxilində hər hansı bir fövqaladə iclas olmayıb və bu məlumatların haradan götürüldüyünə biz özümüz də təəccüblənirik. Əlbəttə, qarşısına ilk "altılığ"a düşmək məqsədi qoyan AZAL-ın rəhbərliyi, elə komandanın bütün üzvləri də evdə itirilən vacib iki xala görə təəssüflənir və nəticədən narazıyıq.
Etiraf edirik ki, "Gəncə" ilə oyunun nəticəsinin məşqçi heyətinin AZAL PFK-dakı gələcəyinə heç bir təsiri yoxdur və Nazim Süleymanovun rəhbərlik etdiyi heyət öz işini davam etdirir. Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq uğrunda birgə fəaliyyətimizi davam etdiririk.
Elxan Abdullayevin guya AZAL-a baş məşqçi təyin olunması ilə bağlı xəbər də tamamilə kimlərinsə uydurmasıdır və kökündən yalandır. Bu məsələdə qeyri-müəyyənliyi aradan götürmək və əsl həqiqəti üzə çıxarmaq üçün bildirmək istəyirik ki, bəli, qış fasiləsi ərəfəsində komandanın məşqçisi Novruz Əzimovun AZAL-dan ayrılmasından sonra Elxan Abdullayevə fiziki hazırlıq üzrə məşqçi postu təklif olunub. Ancaq Elxan Abdullayev Qazaxıstan klubundan təklif almasını əsas gətirərək üzrxahlığını bildirdi və bu təklifdən imtina etdi. Bu, AZAL PFK ilə məşqçi Elxan Abdullayev arasında peşəkar məsələlərlə bağlı sonuncu dialoq olub.
Ümumiyyətlə, carı mövsümdə dəfələrlə AZAL-ın ətrafında yalnış informasiya vakuumu yaratmağa çalışıblar. Yaxşı anlayırıq ki, bu əsasən bizi gözü götürməyən və meydançadakı mübarizədə bizə məğlub olanların fəaliyyətidir. Məsul qarşılaşmalar ərəfəsində klub və komanda daxilinə atmosferi korlamaq və süni gərginlik yaratmaq istəyənlər əmin olsunlar ki, belə cəhdlər heç bir nəticə verməyəcək. Gündən günə peşəkarlaşan AZAL klubu öz inkişaf staretgiyasına sadiq qalaraq bütün onu istəməyənlərə yaşıl meydanlarda qazandığı müsbət nəticələrlə cavab verəcəkdir.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi