Del Piero daha bir il "Yuventus"da

Del Piero daha bir il "Yuventus"da
XƏBƏR 17 Fevral 2011 / 19:34 2233
-  A +

İtaliyanın "Yuventus" klubunun yaşayan əfsanəsi Alessandro Del Piero komanda ilə olan müqaviləsini 2012-ci ilə qədər uzadıb. Qol.Az-ın məlumatına görə, daha bir il "Yuventus"da çıxış edəcək futbolçu ilinə 1 milyon avro alacaq.

Lakin komandanın uğur qazanacağı təqdirdə bu məbləğin artacağı da bildirilir. Beləliklə, Del Piero "Yuventus"da qalmaqla bu kluba qarşı olan sevgisini bir daha sübut etmiş oldu.

Qeyd edək ki, Del Piero 1993-cü ildən "Yuventus"un şərəfini qoruyur.


 


Son xəbərlər
18:19