"Hücum qurmaqda çətinlik çəkirdik"

"Hücum qurmaqda çətinlik çəkirdik"
XƏBƏR 17 Fevral 2011 / 18:50 1948
-  A +

Bu gün "Şəfa" stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, oyundan sonra yığmamızın baş məşqçisi Sissi Rayt affa.az saytına fikirlərini bildirib:

"Bir tərəfdən qızlarda böyük sevinc var idi ki, onları bu qədər azarkeş dəstəkləyirdi. Digər tərəfdən isə, qızlar doğma meydanda ilk beynəlxalq oyuna çıxdıqları üçün həyəcanlı idilər. Oyun boyu kifayət qədər ötürmə səhvlərinə yol verdik. Bu səbəbdən hücum qurmaqda çətinlik çəkirdik. Gürcüstan yığması ilə şənbə günü keçiriləcək ikinci oyunun hazırlığına bu gündən başlayacağıq".


Son xəbərlər
18:19