"Qarabağ"ın futbolçuları üçün seminar

"Qarabağ"ın futbolçuları üçün seminar
XƏBƏR 17 Fevral 2011 / 18:23 1913
-  A +

Ağdamın "Qarabağ" klubu daim komandanın maarifləndirilməsi, dünyagörüşünün təkmilləşdirilməsi baxımından fərqli layihələr həyata keçirib. Qol.Az-ın məlumatına görə, belə layihələr çərçivəsində bu gün komandanın bazasında növbəti tədbir keçirilib.

Tədbirdə "Qarabağ"ın futbolçularına Azərbaycan Sənaye Sığortasının əməkdaşı İntiqam Seyfulla cəmiyyətimizdə vacib ünsürə çevrilmiş sığorta anlayışı haqqında futbolçulara seminar təşkil edib. Sığorta və onun vacibliyi, həyatımızda onun rolu, sığortanın necə etdirilməsi barəsində danışılıb. Eyni zamanda tədbirdə futbolçuları maraqlandıran suallara da aydnlıq gəlib.


Son xəbərlər
18:19