Mirça Luçeskudan "Beşiktaş"a məsləhət

Mirça Luçeskudan "Beşiktaş"a məsləhət
XƏBƏR 17 Fevral 2011 / 17:30 2079
-  A +

Ukraynanın "Şaxtyor" klubunun rumıniyalı baş məşqçisi Mirça Luçesku "Beşiktaş"ın Avroliqadakı şanslarını dəyənləndirib. Qol.Az-ın məlumatına görə, Luçesku keçmiş komandası "Beşiktaş"ın bu axşam "Dinamo" (Kiyev) klubuna qarşı keçirəcəyi ilk görüşün çox vacib olduğunu bildirib.

Təcrübəli mütəxəsis "Beşiktaş"a rəqibin heyətində forma geyən Milevskinin oyununa diqqət yetirməyi tövsiyyə edib: "Milevski çox təhlükəli bir hücumçudur. Onu heç cür gözdən qoymaq olmaz. Bununla belə, axşamkı oyunda "Beşiktaş" klubu "Dinamo" qarşısına fərqli bir sistemlə çəıxmalıdır. Əks təqdirdə, "Beşiktaş"ın uğur qazanması imkansızdır. Çünki rəqib öz oyununu daha çox əks hücum üzərində qurur. Bu isə Bern Şusterin və "Beşiktaş"ın heç sevmədiyi bir sistemdir".

Luçesko daha sonra "Dinamo"nun aparıcı futbolçusu Andrey Şefçenkoya da toxunub: "Mən "Dinamo"nun baş məşqçisi olsam, 2 həftədir zədəli olan və xroniki bel ağrısından əziyyət çəkən Şefçenkonu meydana buraxmaram. Çünki onun bu halı komandanın da oyununa mənfi təsir göstərir. Lakin bu haqda son qərarı "Dinamo"nun baş məşqçisi verəcək".


Son xəbərlər
18:19