"Bakı" daha bir itki ilə üzləşdi

"Bakı" daha bir itki ilə üzləşdi
XƏBƏR 17 Fevral 2011 / 16:45 2303
-  A +

Paytaxtın "Bakı" klubu daha bir itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, komandanın hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkət Premyer Liqasının 21-ci turunun "Turan"-"Bakı" qarşılaşmasında forma geyə bilməyəcək.

Buna səbəb kimi isə Bərəkətin komandanın dünənki məşqində əzələsini dartması göstərilir. Futbolçunun 1 həftə ərzində müalicə olunacağı bildirilir.

Qeyd edək ki, "Bakı" daha öncə Ernad Skuliç, Stefan Borbikoni və Rafael Əmirbəyovun xidmətindən məhrum olmuşdu.


Son xəbərlər
18:19