UEFA Bakıya göndərəcəyi hakimi dəyişdi

XƏBƏR 17 Fevral 2011 / 11:40 1701
-  A +

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində fevralın 24-dən 27-dək Bakıda keçiriləcək oyunları idarə edəcək hakimlərin təyinatında UEFA tərəfindən 1 dəyişiklik edilib.

Qol.Az-In AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı Saşa Tomiçin əvəzinə Bakıya Rusiyanı təmsil edən Sergey Velikiy gələcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner