Roberto Karlos rəsmən "Anji"də

Roberto Karlos rəsmən "Anji"də
XƏBƏR 16 Fevral 2011 / 23:10 1986
-  A +

Rusiyanın "Anji" klubu braziliyalı müdafiəçi Roberto Karlosla münasibətlərini rəsmiləşdirib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 2002-ci ilin dünya çempionu ilə 2,5 illik müqavilə bağlanılıb.

Anlaşmanın bu qədər uzunmüddətli olması Rusiya çempionatında növbəti mövsümün ilyarım davam edəcəyi ilə bağlıdır.

Roberto Karlos "Anji"də Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun komanda yoldaşı olacaq. Onlar start heyətində müdafiənin əks cinahlarında yer alacaqlar. Şükürov sağ, Karlos isə solda oynayacaq. Bundan başqa 38 yaşlı "sambaçı" yığmamızın sabiq baş məşqçisi Vaqif Sadıqovun rəhbərliyi altında çıxış edəcək. Sadıqov "Anji"də böyük məşqçi vəzifəsində çalışır.

Son xəbərlər
18:19