Hollandiya mətbuatı "Qəbələ"dən yazdı

XƏBƏR 16 Fevral 2011 / 18:04 2278
-  A +

Azərbaycan Premyer Liqasının 21-ci turu bir çox ölkələrlə yanaşı Holandiya mətbuatının da diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, digər ölkələrdən fərqli olaraq hollandlar daha çox "Qarabağ" - "Qəbələ" matçına toxunublar.
 
Buna səbə isə "Qəbələ"nin heyətində hollandiyalı futbolçular Con Kollins və Stiv Olfersin forma geyinmələridir. Bu qarşılaşmada "Qəbələ"nin 0:3 hesabı ilə məğlub olduğunu qeyd edən Holandiya mətbuatı Con Kolinsin Premyer Liqada debütünü xüsusi vurğulayıb.

Qeyd edək ki, "Qəbələ" klubu növbəti görüşünü fevralın 20-də səfərdə "Muğan"a qarşı keçirəcək.
 

 

 


Son xəbərlər
18:19