FİFA nümayəndəsi Bakıda mətbuat konfransı keçirəcək

FİFA nümayəndəsi Bakıda mətbuat konfransı keçirəcək
XƏBƏR 16 Fevral 2011 / 17:50 1618
-  A +

Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıq işləri ilə bağlı FİFA-nın nümayəndə heyəti Bakıda səfərdədir. Qol.Az-ın məlumatına görə, sabah AFFA-nın Futbol akademiyasında U-17 qızlar arasında DÇ-2012-nin yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və FİFA-nın Yarışların Keçirilməsi Departamentinin mütəxəssisi Oliver Voqtun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, mətbuat konfransı sabah saat 12:00-da keçiriləcək.

Son xəbərlər
18:19