Kasilyas cəzalandırıldı

Kasilyas cəzalandırıldı
XƏBƏR 16 Fevral 2011 / 00:22 2014
-  A +

İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi ölkə çempionatının 23-cü turunda "Espanyol"la oyun zamanı "Real Madrid"in qapıçısı İker Kasilyasın qovulması ilə bağlı epizoda baxıb. Qol.Az-ın məlumatına görə, qapıçının 1 oyunluq diskvalifikasiyası barədə qərar çıxarılıb. 

Eyni zamanda Madrid klubu 90 min avro, qapıçının özü isə 600 avro cərimələnib. Kasilyas 24-cü turda "Levante" ilə matçı buraxacaq.  

Qeyd edək ki, "Real Madrid"in "Espanyol"la oyununun 2-ci dəqiqəsində Kasilyas sonuncu ümid foluna görə qırmızı vərəqə alıb. "Kral klubu" azlıqda qalsa da, qələbə topunu vura bilib - 1:0.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq